...

Azərbaycan Prezidenti kino işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 30 İyul 2009 19:38 (UTC +04:00)
Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Ağabəyli Mirzə Qasım oğlu və Hüseynova Nəcibə İbrahim qızına "Azərbaycan Respublikasının əməkdar artisti", bir qrup kino işçisinə isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilib.
Azərbaycan Prezidenti kino işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı kino işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Ağabəyli Mirzə Qasım oğlu və Hüseynova Nəcibə İbrahim qızına "Azərbaycan Respublikasının əməkdar artisti", bir qrup kino işçisinə isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilib.

Prezident İlham Əliyevin digər bir sərəncamı ilə Azərbaycanda kinonun inkişafında böyük xidmətləri olan Tofiq Hüseyn oğlu İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Xəbər lenti

Xəbər lenti