Türkmənistan, Aşqabad, 05 sentyabr / Trend , müxbir H.Həsənov /
Yaxın günlərdə Venesuela Prezidenti Uqo Çavesin Türkmənistana ilk rəsmi səfəri gözlənilir. Bu barədə şənbə günü Altın Asır milli telekanalı məlumat verib.
Xəbərdə Türkmənistanın Prezident Aparatına istinad edilir. Qurbanqulu Berdimuhammedov öz yaxın qonşuları ilə olduğu kimi, digər qitələrdən olan tərəfdaşları ilə də gələcək qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlığın inkişafı üçün belə görüşlərin vacibliyini vurğulayıb.
Türkmənistanın Xarici İşlər Nazirliyi Çavesin səfəri ilə bağlı şərhində qeyd edib ki, Türkmənistan və Venesuela diplomatik əlaqələri 1996-cı ildə qurublar.
İnformasiyada həm də deyilir ki, iki dövlət öz milli maraqları və prioritetlərindən yanaşaraq, geniş formada əməkdaşlıq üçün böyük potensial və bərabərhüquqlu qarşılıqlı fəaliyyət imkanlarına malikdirlər. Gündəlikdə sosial iqtisadi, mədəni-humanitar və elm-təhsil sahəsində tərəfdaşlığın inkişafı məsələləridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]