Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir E.Tariverdiyeva /
Vladimir Jirinovskinin "Novosti Armeniya" informasiya agentliyinə müsahibəsində Dağlıq Qarabağ ilə bağlı fikirləri tamamilə Kremlin mövqeyini əks etdirmir, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
"Vladimir Jirinovski müxalifət partiyasının nümayəndəsidir və Rusiyanın böyük partiyalarının nümayəndələrinə Dumada yer almağa imkan verən sistemi sayəsində Dövlət Dumasında vəzifə sahibidir", - Doroxin bildirib.
RF Dövlət Duması sədrinin müavini, Liberal-Demokrat Partiyasının sədri Jirinovski "Novosti Armeniya" informasiya agentliyinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ Ermənistanın qədim ərazisidir.
"Əgər biz bu torpaqları Azərbaycana qaytarmağa kömək etsək, bu yenidən Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb olacaq. Federasiya haqqında, bunun geniş muxtariyyət olacağı haqla danışmaq, elə abxazlar və osetinlərlə bağlı olan həmin məsələ kimidir", - o bildirib.
Səfir bildirib ki, Jirinovskinin mövqeyi Kremlin mövqeyi demək deyil.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.