Azərbaycanda seçki prosesi hər dəfə təkmilləşdirilir və qarşıdakı bələdiyyə seçkiləri buna nümunə olacaq, bazar ertəsi Azərbaycan Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov ölkədəki bələdiyyə seçkilərinə həsr olunan informasiya sessiyasında bildirib.
ATƏT-in Bakı ofisi bazar ertəsi Azərbaycanda bələdiyyə seçkiləri ərəfəsində seçki prosesinə müdaxilənin qarşısının alınması məqsədilə informasiya sessiyasına başlayıb.
Sessiyanın əsas məqsədi seçkilərin keçirilməsi ilə əlaqədar olan beynəlxalq prinsiplərin aşkar olunması və öz səlahiyyətləri çərçivəsində seçki subyektləri tərəfindən sözügedən prinsiplərin gözlənilməsidir, jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə əsasən, çərşənbə axşamı Şirvanda, çərşənbə günü isə Gəncədə seminarlar təşkil olunacaq, bununla yanaşı Azərbaycanın bütün regionları əhatə olunacaq.
ATƏT-in Bakı ofisinin başçısı Əli Bilgə Cankorel namizədlərin bəzi rayonların yerli hakimiyyət orqanları tərəfindən seçkilərə buraxılmaması ilə əlaqədar şikayətlərin daxil olması və sənədləşmənin ləngiməsi barədə məlumat verib.
Cankorel həmçinin hərbi qulluqçuların xidmətdə olduğu yerlərdə deyil, qeydiyyat yerlərində səsverməsini təklif edib.
"Azərbaycanda seçkilərin keçirilməsi prosesi təkmilləşdirilir, buna misal olaraq seçki məntəqələrində veb-kameraların quraşdırılmasını göstərmək olar", - o bildirib.
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
ATƏT-in Bakı ofisi tərəfindən 2008-ci ildə prezident seçkiləri və Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referenduma qədər də bu cür sessiyalar keçirilib.