Gürcüstan-Osetiya münaqişəsi Qazaxıstanın ATƏT-ə sədrliyi zamanı prioritetlər sırasında olmayacaq - politoloq Aleksey Vlasov

Siyasət Materials 19 Noyabr 2009 20:22 (UTC +04:00)

Qazaxıstan, Astana, 19 noyabr / Trend , müxbir K.Konırova/

Gürcüstan-Osetiya münaqişəsi Qazaxıstanın 2010-cu uldə ATƏT-də sədrliyi zamanı prioritetlər sırasında olmayacaq. Bu barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Analitik-İnformasiya Mərkəzinin ekspert qrupunun rəhbəri Aleksey Vlasov Trend -a bildirib.

"Hesab edirəm ki, nə Abxaziya, nə də Osetiya məsələləri ATƏT-ə sədrlik çərçivəsində Qazaxıstanın gündəliyindəki prioritetlər sırasında olmayacaq", - Vlasov deyib.

Politoloq düşünür ki, bu gün Gürcüstana aid olan bütün mövzular siyasidir və burada iqtisadi məsələlərdən söhbət gedə bilməz.

"Anlamaq lazımdır ki, əgər Azərbaycanla Ermənistanın vəziyyətində türk-erməni sərhədlərinin açılması üçün hələ də iqtisadi səbəblər tapmaq olarsa, bu, Rusiya və ya Türkiyə biznesinin, eləcə də erməni diasporunun maraqlarıdır. Gürcüstanla əlaqəli olan hadisələr isə siyasidir. Burada iqtisadi məntiq işləməyəcək", - Vlasov deyib.

Ekspertin fikrincə, gürcü-osetin münaqişəsinin nizamlanması Gürcüstan və Rusiya arasında normal dialoq üçün imkan yaranan zaman mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti