Özbəkistan müsəlmanları həcc ziyarətinə başlayıblar

Siyasət Materials 20 Noyabr 2009 15:59 (UTC +04:00)
Özbəkistan müsəlmanları Məkkəyə hər il keçirilən həcc ziyarətinə başlayıblar. Bu barədə ölkənin Müsəlmanlar İdarəsi məlumat yayıb.
Özbəkistan müsəlmanları həcc ziyarətinə başlayıblar

Özbəkistan, Daşkənd, 20 noyabr / Trend , müxbir D.Əzizov/

Özbəkistan müsəlmanları Məkkəyə hər il keçirilən həcc ziyarətinə başlayıblar. Bu barədə ölkənin Müsəlmanlar İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, bu il Özbəkistandan Səudiyyə Ərəbistanına Qurban-hait vaxtında keçirilən həcc ziyarətinin yerinə yetirilməsi üçün beş mindən çox müsəlman yola düşüb.

Bu il Özbəkistan hökuməti tərəfindən A/H1N1 qripinin həcc dövründə ölkəyə yayılmasının qarşısının alması, zəvvarların və bütün əhalinin sağlamlığının qorunması üçün tədbirlər görülüb. Belə ki, Səudiyyə Ərəbistanında qripin bu növünə yoluxma halları qeydə alınıb.

Bu məqsədlə respublikada xüsusi komissiya yaradılıb, zəvvarların və əhalinin bu virusdan qorunması üzrə tədbirlər görülür. Zəvvarlar həccdən öncə həkim müayinəsindən keçirlər. Bundan əlavə, onlar qrip əleyhinə peyvənd ediliblər.

Hökumətin qərarına əsasən, ziyarət zamanı zəvvarları bir qrup həkim müşayiət edir.

Özbəkistana qayıdandan sonra zəvvarlar təkrar həkim müayinəsindən keçəcəklər.

Xəbər verildiyi kimi, Özbəkistanda Qurban bayramı noyabrın 27-də qeyd ediləcək. Ənənəyə görə müsəlmanların iki əsas bayramı - Ramazan-hait və Qurban bayramı hər il istirahət günləri keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti