Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev hesab edirlər ki, iki dövlət arasındakı əlaqələr yaxşı qonşuluq və dostluq əlaqələrinə nümunədir. Məlumatı RİA Novosti yayıb.
Medvedev ikitərəfli görüşün əvvəlində qeyd edib ki, Ulyanovskda körpünün, Heydər Əliyev abidəsinin və onun adını daşıyan meydanın açılışı dostluq simvoludur, bu, postsovet məkanında əlaqələrin necə qurulmalı olduğunun göstəricisidir.
"Biz iqtisadi, siyasi və regional problemləri sakit və səmərəli surətdə müzakirə edə bilərik", - RF Prezidenti əlavə edib.
İlham Əliyev cavab olaraq deyib ki, "əgər bütün dünyadakı münasibətlər Azərbaycanla Rusiya arasındakı münasibətlər kim olsaydı, o zaman dünyada problem olmazdı".
O həmçinin qeyd edib ki, körpü və abidə Heydər Əliyev xatirəsinin qorunmasını göstərir və ikitərəfli əlaqələrin inkişafının göstəricisidir.