...

Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı "exit-poll" keçirmək üçün MSK-ya müraciət ediləcək

Siyasət Materials 1 Dekabr 2009 11:46 (UTC +04:00)
Azərbaycanın "ELS" Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.
Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı "exit-poll" keçirmək üçün MSK-ya müraciət ediləcək

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın "ELS" Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

"Mərkəzi Seçki Komissiyasında akkreditasiya olunmaq üçün dekabrın 3-nə qədər sənədlər təqdim edilməlidir", -çərşənbə axşamı Trend -a "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Yaqubovanın sözlərinə görə, sənədlər təqdim olunandan sonra on gün ərzində onlara "exit-poll" keçirilməsinə razılıq verilib-verilmədiyi haqda cavab veriləcək. "Razılıq verilərsə, dairə seçki komissiyalarının əksəriyyətində "exit-poll" keçirmək niyyətindəyik", - mərkəzin rəhbəri əlavə edib.

Onun fikrincə, bələdiyyə seçkilərində "exit-poll" tamamilə fərqli üsulla aparılacaq.

"Seçkilər 1718 bələdiyyədə keçiriləcək. "Exit-poll"u bütün seçki məntəqələrində tətbiq etmək olmasa da, biz keçirdiyimiz sorğu nəticəsində səsvermənin gedişi ilə bağlı obyektiv nəticəni əldə edəcəyimizə inanırıq", - Yaqubova vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti