...

Azərbaycan Penitensiar Xidməti Müalicə Müəssisəsində məhkumun intihar etməsini təsdiqləməyib

Siyasət Materials 1 Dekabr 2009 12:07 (UTC +04:00)
Bu gün bəzi KİV-lərdə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmiş Elnur İsmayılovun intihar etdiyi barədə xəbər verilib.
Azərbaycan Penitensiar Xidməti Müalicə Müəssisəsində məhkumun intihar etməsini təsdiqləməyib

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Penitensiar Xidməti Müalicə Müəssisəsində məhkumun intihar etməsi ilə bağlı mətbuatda yayılan məlumatlı təkzib edir.

Bu gün bəzi KİV-lərdə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmiş Elnur İsmayılovun intihar etdiyi barədə xəbər verilib.

PX-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildirilib ki, yayılan informasiyada İsmayılova qarşı psixoloji təzyiqin göstərilməsi və bunun nəticəsi olaraq onun Penitensiar Xidmətin Müalicə Müəssisəsində özünü asaraq intihar etməsi iddia olunur.

Həmin məlumatla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bəyan edir ki, yayılan məlumatlar həqiqətə uyğun deyildir və tamamilə yanlışdır.

"Hal-hazırda İstintaq Təcridxanasında saxlanılan məhkum İsmayılovun psixoloji və fiziki durumunda, habelə saxlanma şəraitində heç bir problem yoxdur və o, qısa müddət ərzində cəzasının çəkilməsi üçün penitensiar müəssisələrin birinə göndəriləcəkdir", - deyə PX-dən bildirilib.

PX həmin məlumatla əlaqədar xəbəri yayan mətbu orqanının təkzib verməsini tələb edib.

Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunan Təvəkkül İsmayılov ömürlük, Elnur 6, Elçin isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti