...

Azərbaycanda üç prokuror yenidən öz vəzifələrinə təsdiq olunub

Siyasət Materials 1 Dekabr 2009 13:03 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov çərşənbə axşamı Trend News-a bildirib ki, Gəncə şəhər prokuroru Adil Vəliyev, Bakının Yasamal rayon prokuroru Həsrət Piriməmmədov və Səbail rayon prokuroru Şirxan Adıgözəlov baş prokurorluq üzrə müvafiq əmrlərlə ikinci səlahiyyət müddətinə həmin vəzifələrə təyin olunublar.
Azərbaycanda üç prokuror yenidən öz vəzifələrinə təsdiq olunub

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda üç rayon və şəhər prokuroru yenidən öz vəzifələrinə təsdiq olunublar.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov çərşənbə axşamı Trend -a bildirib ki, Gəncə şəhər prokuroru Adil Vəliyev, Bakının Yasamal rayon prokuroru Həsrət Piriməmmədov və Səbail rayon prokuroru Şirxan Adıgözəlov baş prokurorluq üzrə müvafiq əmrlərlə ikinci səlahiyyət müddətinə həmin vəzifələrə təyin olunublar.

"Prokurorluq haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti