...

Qazaxıstanın ATƏT-ə sədrlik etməsi ilə təşkilat daha da möhkəmlənəcək – ATƏT PA-nın prezidenti

Siyasət Materials 1 Dekabr 2009 15:37 (UTC +04:00)
ATƏT PA-nın prezidenti Joao Soares ümid edir ki, 2010-cu ildə Qazaxıstanın sədrliyi müddətində təşkilat daha da möhkəmlənəcək. Bu barədə Soares bu gün Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasının açılışında deyib.
Qazaxıstanın ATƏT-ə sədrlik etməsi ilə təşkilat daha da möhkəmlənəcək – ATƏT PA-nın prezidenti

Yunanıstan, Afina, 01 dekabr / Trend , müxbir E.Hüseynov/

ATƏT PA-nın prezidenti Joao Soares ümid edir ki, 2010-cu ildə Qazaxıstanın sədrliyi müddətində təşkilat daha da möhkəmlənəcək. Bu barədə Soares bu gün Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasının açılışında deyib.

Soares hesab edir ki, "Korfu prosesi" ATƏT-in canlanma prosesinin başlanğıcı üçün yaxşı start olub. "Mən ümid edirəm ki, II Dünya müharibəsinin sona yetməsinin 65 illiyi, Helsinki yekun aktının 35 illiyi və Paris Xartiyasının 20 illiyini qeyd etdiyimiz 2010-cu il təşkilat üçün dönüş anı olacaq. Mən ötən ildə ATƏT-ə sədrlik etdiyi üçün Yunanıstana minnətdarlığımı bildirirəm və 2010-cu ildə sədrlik vəzifəsini öz üzərinə götürən Qazaxıstanı salamlayıram", - Soares deyib.

ATƏT-in üzv ölkələrində seçkilərə nəzarət, Soaresin sözlərinə görə, ATƏT-in hər hansı bir dövlətdə demokratiyanın vəziyyətini müəyyən etməyə dair fəaliyyətini təşkil edən əsas elementlərdən biridir. "ATƏT-in seçki standartları həmçinin bundan sonra ATƏT-in gələcək işində prioritet olacaq", - prezident deyib.

Xəbər lenti

Xəbər lenti