...

Rusiya ATƏT-də münaqişələrin nizamlanması üzrə vahid prinsiplərin yaradılmasını təklif edir - RF-nin XİN rəhbəri Sergey Lavrov

Siyasət Materials 1 Dekabr 2009 16:06 (UTC +04:00)
Rusiya ATƏT-ə üzv ölkələrin ərazilərində münaqişələrin nizamlanması üzrə vahid prinsiplərin yaradılmasını təklif edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya ATƏT-də münaqişələrin nizamlanması üzrə vahid prinsiplərin yaradılmasını təklif edir - RF-nin XİN rəhbəri Sergey Lavrov

Yunanıstan, Afina, 01 dekabr / Trend , müxbir E.Hüseynov/

Rusiya ATƏT-ə üzv ölkələrin ərazilərində münaqişələrin nizamlanması üzrə vahid prinsiplərin yaradılmasını təklif edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Münaqişələrin nizamlanması və qarşısının alınması üçün cəsarətli addımlar atmaq tələb edilir. Rusiya ATƏT meydanında böhranlı vəziyyətin nizamlanması üzrə Avroatlantikada fəaliyyət göstərən bütün ölkələrin və beynəlxalq təşkilatların riayət edəcəyi vahid prinsiplərin yaradılmasına dair razılaşmadan başlamağı təklif edir", - XİN rəhbəri Sergey Lavrov çərşənbə axşamı Afinada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışı zamanı deyib.

2008-ci il 8 avqust gecəsi tanınmamış Cənubi Osetiya Respublikasında genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olublar. Sonra rus qoşunları şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqust ayının sonunda Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Gürcüstan Moskva ilə diplomatik əlaqələri kəsib.

Xəbər lenti

Xəbər lenti