...

Əgər Rusiya Gürcüstana olan sevgisini sübut etmək istəyirsə, əraziləri qaytarsın - dövlət naziri Temur Yakobaşvili

Siyasət Materials 1 Dekabr 2009 18:01 (UTC +04:00)
Əgər Rusiya Gürcüstana olan "sevgisini" sübut etmək istəyirsə, o zaman ərazilərimizi özümüzə qaytarsın. Gürcüstanın dövlət naziri Temur Yakobaşvili belə deyib.
Əgər Rusiya Gürcüstana olan sevgisini sübut etmək istəyirsə, əraziləri qaytarsın - dövlət naziri Temur Yakobaşvili

Gürcüstan, Tbilisi, 01 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Əgər Rusiya Gürcüstana olan "sevgisini" sübut etmək istəyirsə, o zaman ərazilərimizi özümüzə qaytarsın. Gürcüstanın dövlət naziri Temur Yakobaşvili belə deyib.

"Əgər Rusiya Gürcüstana olan "sevgisini" sübut etmək istəyirsə, o zaman bu "sevgisini" mahnılarla və alimlərin səfərləri ilə deyil, qoşunların çıxarılması, ərazilərin qaytarılması və ilk növbədə, yeniyetmələrin azad olunması ilə sübut etməlidir. Məhz bu real dialoqların əsası olacaq, Moskvadan bizə professorların göndərilməsi deyil", - dövlət naziri qeyd edib.

Gürcüstan sərhədçiləri Moskvadan gələn altı rusiyalı eksperti ölkə ərazisinə buraxmayıblar. Rusiyalı ekspertlər 1-3 dekabr tarixlərində öz həmkarları ilə görüşməli və iki ölkə arasındakı əlaqələri müzakirə etməli idilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti