...

Azərbaycan Prezidenti Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri qəbul edib

Siyasət Materials 1 Dekabr 2009 17:50 (UTC +04:00)
Keçmiş Baş nazir Toni Bleyer Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinə səfərlərini xatırlayıb. Böyük Britaniyanın ölkəmizdə nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq, Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Keçmiş Baş nazir Toni Bleyer Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinə səfərlərini xatırlayıb. Böyük Britaniyanın ölkəmizdə nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq, Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğulayıb.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığımızın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirib. Böyük Britaniyaya son səfərini xatırlayan Prezident İlham Əliyev səfərin məhsuldar olduğunu və yaxşı nəticələr verdiyini deyib. Ölkəmizdə Böyük Britaniyanın çoxlu sayda şirkətlərinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı bunların böyük sərmayədarlar olduqlarını qeyd edib.

Sonra Prezident İlham Əliyevin adından Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin şərəfinə işçi nahar verilib.

Xəbər lenti

Xəbər lenti