...

Gürcüstanda A/H1N1 virusuna yoluxanların sayı 200 nəfəri ötüb

Siyasət Materials 1 Dekabr 2009 20:04 (UTC +04:00)
Gürcüstanda son üç gün ərzində A/H1N1 virusuna 25 yeni yoluxma halı qeydə alınıb.
Gürcüstanda A/H1N1 virusuna yoluxanların sayı 200 nəfəri ötüb

Gürcüstan, Tbilisi, 01 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda son üç gün ərzində A/H1N1 virusuna 25 yeni yoluxma halı qeydə alınıb. Hazırda Gürcüstanda "donuz qripi"nə 202 yoluxma halı qeydə alınıb. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdən məlunmat verilib.

Tibb işçiləri bildirirlər ki, cəmi iki xəstə stasionar rejimdə müalicə alır, lakin onların vəziyyəti narahatlığa əsas vermir, belə ki, onlar sağalmaq üzrədirlər. Qalan xəstələr isə evdə həkim nəzarəti altında müalicə kursu keçirlər.

Gürcüstan həkimləri yaxın həftədə xəstələrin sayının artacağını gözləyirlər, belə ki, adətən məhz noyabr ayının sonu dekabr ayının əvvəllərində Gürcüstanda qrip epidemiyası daha geniş vüsət alır.

Xəbər lenti

Xəbər lenti