...

Azərbaycan Prezidenti Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 1 Dekabr 2009 19:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə axşamı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidenti Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə axşamı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Yenidənqurma işlərinin gedişi ilə maraqlanan Prezident İlham Əliyev binanın fasadına baxıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev binanın fasadında və ətraf binalarda yenidənqurma işlərinin görülməsi barədə Prezidentə məlumat verib.

Xəbər lenti

Xəbər lenti