...

İlham Əliyev Laos və Rumıniya Prezidentlərini təbrik edib

Siyasət Materials 2 Dekabr 2009 03:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Çummali Saynasonu Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə təbeik edib, çərşənbə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.
İlham Əliyev Laos və Rumıniya Prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Çummali Saynasonu Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə təbeik edib, çərşənbə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Ölkənizin milli bayramı - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və rifah arzulayıram", - təbrik məktubunda deyilir.

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Trayan Beseskunu Birlik günü münasibətilə təbrik edib.

"Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli münasibətlər müvəffəqiyyətlə inkişaf etməkdədir. Bu yaxınlarda ölkənizə səfərim zamanı imzaladığımız Strateji tərəfdaşlıq haqqında bəyannamə, eləcə də digər mühüm sənədlər əməkdaşlığımız üçün geniş perspektivlər açır. Əminəm ki, həyata keçirmək niyyətində olduğumuz yeni iqtisadi layihələr, xüsusən də neft-qaz sahəsində nəzərdə tutduğumuz birgə işlər ölkələrimizin və xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cancağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti