...

Astanada dünyəvi və ənənəvi dinlərin liderlərinin qurultayı katibliyinin IX iclası keçiriləcək

Siyasət Materials 2 Dekabr 2009 11:21 (UTC +04:00)
Çərşənbə günü Astanada sülh və əmin-amanlıq sarayında QR Senatının sədri, ATƏT-in Parlament Assambleyasının vitse-spikeri Qasım-Jomart Tokayevin sədrliyi ilə dünyəvi və ənənəvi dinlərin liderlərinin qurultayı katibliyinin növbəti IX iclası keçiriləcək.
Astanada dünyəvi və ənənəvi dinlərin liderlərinin qurultayı katibliyinin IX iclası keçiriləcək

Qazaxıstan, Astana, 2 dekabr / Trend , müxbir K. Konırova/

Çərşənbə günü Astanada sülh və əmin-amanlıq sarayında QR Senatının sədri, ATƏT-in Parlament Assambleyasının vitse-spikeri Qasım-Jomart Tokayevin sədrliyi ilə dünyəvi və ənənəvi dinlərin liderlərinin qurultayı katibliyinin növbəti IX iclası keçiriləcək.

Katibliyin işində müxtəlif konfessiya və dini təşkilatların nümayəndələri, dünyanın tanınmış dövlət, siyasi və ictimai xadimləri, məşhur ilahiyyatçı-alimlər və politoloqlar iştirak edəcəklər.

İclas iştirakçıları 2009-cu il dünyəvi və ənənəvi dinlərin liderlərinin III qurultayının yekunları haqda fikir mübadiləsi aparacaqlar. Həmçinin keçirilməsi 2012-ci ilə nəzərdə tutulan dini liderlərin IV qurultayının mövzu və gündəliyinin müzakirəsi və təsdiq olunması, bu forumun hazırlanması üzrə bir sıra təşkilati məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti