...

Azərbaycan Nazirlər Kabineti bələdiyyələrin birləşməsi ilə bağlı bir sıra məsələlərin həlli məqsədi ilə yaradılan komissiyaların tərkibini müəyyən edib

Siyasət Materials 2 Dekabr 2009 11:33 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi internet saytında məlumat verilir.
Azərbaycan Nazirlər Kabineti bələdiyyələrin birləşməsi ilə bağlı bir sıra məsələlərin həlli məqsədi ilə yaradılan komissiyaların tərkibini müəyyən edib

Azərbaycan, Bakı, 2 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Nazirlər Kabineti bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında qərar qəbul edib.

Trend -un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi internet saytında məlumat verilir.

Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın tərkibi Ədliyyə (komissiyanın sədri), Maliyyə Nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə və Əmlak Məsələləri Dövlət Komitələrinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin hər birindən bir nümayəndə daxil edilməklə formalaşır.

Komissiyaların fərdi tərkibini təsdiq etmək üçün adıçəkilən qrumlar 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Naxçıvan MR-də yaradılan komissiyanın tərkibini isə Muxtar Respublikanın Nazirlər Kabineti təsdiq etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti