...

Azərbaycan və İsrail bir çox sahələrdə məhsuldar əməkdaşlıq edir - səfir Lavon-Lotem (MÜSAHİBƏ)

Siyasət Materials 2 Dekabr 2009 14:48 (UTC +04:00)
Trend News-un İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon-Lotemlə müsahibəsi
Azərbaycan və İsrail bir çox sahələrdə məhsuldar əməkdaşlıq edir - səfir Lavon-Lotem (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir K. Konırova/

Trend -un İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon-Lotemlə müsahibəsi

- Siz Azərbaycan və İsrail arasındakı hazırkı siyasi, iqtisadi və mədəni əlaqələri necə qiymətləndirirsiz?

- Mən düşünürəm ki, hazırki vəziyyəti çox müsbət və çox şey vəd edən kimi qiymətləndirmək olar, çünki biz bir çox sahələrdə məhsuldar əməkdaşlığı davam etdiririk. Hər iki ölkədə əldə olunan uğurlarla kifayətlənməmək istəyi var və mən bizim prezidentin rəsmi səfərindən sonra konkret addımlar görürəm. Əməkdaşlığın yeni mərhələsini ifadə edən bu səfər zamanı Azərbaycanın obrazı İsrailin KİV-də olduqca müsbət təqdim olunub ki, bu da israillilərə sizin ölkənizə yeni baxışla baxmağa imkan yaradıb.

Bizim ticari əməkdaşlığımız müəyyən aspektlərdə mərkəzləşsə də, çiçəklənir. Son aylar bu, qaz və neft sahələrindən savayı, iqtisadiyyatın başqa sektorlarına da sirayət edir. Mən bu sahələrə qarşı deyiləm, əksinə, biz sizdən böyük həcmdə neft alırıq və mən istərdim ki, gələcəkdə əməkdaşlığımız başqa sahələrdə də inkişaf etsin.

- İsrail Azərbaycanla ticari və iqtisadi əməkdaşlığın inkişafı üçün hansı addımları atmağa hazırdır? Sizin fikrinizcə, hansı sahələr İsrail üçün daha perspektiv və prioritetdir?

- Siz layihələri burada - Azərbaycanda müzakirə edəndə prioritetlər sizin tərəfinizdən, sizin istəyinizlə müəyyən olunur. Biz İsraildə hansısa layihələri müzakirə edəndə bizim istəklərimiz daha prioritetdir. Lakin bu, maraq və imkan məsələsidir.

Biz sizin böyük diqqət ayırdığınız və bizim liderlərdən biri olduğumuz energetika və telekommunikasiya sahəsində əməkdaşlıq edirik.

Bundan əlavə, Azərbaycanda kənd təsərrüfatı inkişaf edir və mənim sələflərimin məlumatına əsasən, bu sahənin 5 il bundan əvvəlki və indiki vəziyyəti arasında əhəmiyyətli dərəcədə fərq nəzərə çarpır. Mən son 3 ayda ölkənin müxtəlif regionlarında oldum və real layihələr və proqramların həyata keçirilməsinin, kənd təsərrüfatına kapital qoymağa qərar verən işgüzar adamların konkret addımlarının şahidi oldum ki, bu da bir qayda olaraq neft çıxaran ölkələrə xas deyil. Mən bu cür mühüm qərarlar verən insanları yüksək qiymətləndirirəm.

Beləliklə, bizim kənd təsərrüfatında, sizin üçün əhəmiyyətli olan və bizim ümumi ixracımızın həcminin 50 faizindən çoxunu təşkil edən yüksək texniologiyaların müxtəlif sahələrində ümumi maraqlarımız var. Həmçinin güman edirəm ki, digər sahələrdə də əməkdaşlıq mümkündür.

- Azərbaycan kimi, İsrail də münaqişədən əziyyət çəkir. Regionda sülhün və stabilliyin bərqərar olması üçün hər iki ölkə hansı birgə addımlar ata bilər?

- Bu suala cavab vermək bir qədər yersiz səslənə bilər, çünki biz hələ öz problemimizi həll edə bilməmişik, ona görə digərinə məsləhət verə bilmərik. Lakin biz çox dəyərli təcrübə əldə etmişik və heç olmasa bəzi qonşularımızla problemlərimizi qismən həll etmişik.

Biz danışıqlar prosesi, keçirilmə dinamikası ilə təfərrüatı ilə tanışıq. İsrail problemlərin aradan qaldırılması məsələsinə yeni idealar gətirib. Təəssüf ki, digər tərəflərin nəyi isə vəd verməsi və son nəticədə sözündən dönməsi kimi məsələlər bizim də başımıza gəlib. Hər dəfə uzun sürən üzücü danışıqlardan sonra bir daha geri qayıtmaq lazım gəlir.

Biz bu sahədə, xüsusən də son 16 il ərzində Osloda sülh müqaviləsinin imzalanmasından bu yana zəngin təcrübə əldə etmişik. Biz danışıqlar, onların keçirilmə üsulları, görüş yerinin təşkil edilməsi, həmçinin danışıqlar prosesini izləməyin müxtəlif növlərini təsnif edə bilərik. Mən düşünürəm ki, bu, qiymətli məlumatlardır.

- Necə fikirləşirsiniz, İsrailin sənaye, ticarət və əmək naziri Benyamın Ben-Elizerin Türkiyəyə səfəri iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasına nə dəərəcədə kömək edib?

-Mən belə düşünürəm ki, bu suala İsrailin Ankaradakı səfiri cavab versə daha yaxşı olar. Hər iki tərəf sülhsevərlik nümayiş etdirib. Məncə, nazirin Türkiyəyə səfəri vəziyyətin dəyişməsinə hansısa təsir göstərəcək.

- Siz Azərbaycan neftinin Əylət-Aşkelon boru kəməri ilə nəql edilməsi layihəsini necə qiymətləndirirsiniz?

- Bütün ekspertlər hesab edirlər ki, iqtisadi nöqteyi-nəzərdən bu layihə neftin Uzaq Şərqə tədarük edilməsində mühüm və sərfəli yoldur. Məsələ müxtəlif ixracatçıları ondan istifadə etməyə inandırmaqdan ibarətdir və biz indi bunun üzərində işləyirik. Hesabat bu layihənin gəlirli olduğunu göstərir.

- Azərbaycan qazını əldə etməkdə İsrail nə qədər maraqlıdir?

- Əlbəttə bu məsələ indi müzakirə olunur. Bu, nəqletmə, İsraildəki terminalın inşasının dayandırılması və bizim enerji sektorundakı inkişaf məsələləri ilə bağlı bir qədər çətin layihədir. Buna baxmayaraq, biz bunun üzərində işləyirik. Lakin alternativ mənbələri təmin etməyə müvəffəq olmasaq, qaz əldə etmək vacib olacaq.

Xəbər lenti

Xəbər lenti