...

Biz, seçki prosesinin təkmilləşdirilməsi üzrə Azərbaycanla işləməyə hazırıq - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri

Siyasət Materials 2 Dekabr 2009 13:58 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkədə seçki prosesinin təkmilləşdirilməsi üzrə tövsiyələrin icrası məqsədilə Azərbaycanla işləməyə hazırdır.
Biz, seçki prosesinin təkmilləşdirilməsi üzrə Azərbaycanla işləməyə hazırıq - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri

Yunanıstan, Afina, 02 dekabr / Trend , müxbir E.Hüseynov/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkədə seçki prosesinin təkmilləşdirilməsi üzrə tövsiyələrin icrası məqsədilə Azərbaycanla işləməyə hazırdır.

"Bu yaxınlarda Bakıya, ölkədə seçki prosesinin təkmilləşdirilməsinə, o cümlədən, tezliklə - növbəti il keçiriləcək seçkilərə dair tövsiyələrin icrası məqsədilə Azərbaycanla işləməyə hazır olduğumuzu təsdiqləyən məktub göndərmişəm. Belə ki, indi həmin sahənin mükəmməlləşdirilməsi üçün ən münasib vaxtdır", - çərşənbə günü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Yanes Lenarçiç Afinada jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanda növbəti seçkilərin daha yaxşı olacağına ümid edir. "Mən əminəm ki, Azərbaycan höküməti də bunu istəyir  və biz, seçkidən seçkiyə inkişaf müşahidə edəcəyik", - o deyib.

2010-cu ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycan hələ öz demokratik institutlarının inkişafı yolundadır. "Dövlət öz demokratik institutlarının gücləndirilməsi yolundadır və biz Azərbaycan hakimiyyəti ilə sıx işləyir və çalışırıq ki, bu prosesi lazımi istiqamətdə irəliyə çəkək", - o deyib.

Xəbər lenti

Xəbər lenti