...

Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirir

Siyasət Materials 2 Dekabr 2009 16:35 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) dekabr ayının 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. Bu barədə çərşənbə günü MSK-nın mətbuat xidmətindən Trend News-a deyilib.
Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirir

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyası (MSK) dekabr ayının 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. Bu barədə çərşənbə günü MSK-nın mətbuat xidmətindən Trend -a deyilib.

Dekabr ayının 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 1718 bələdiyyə üzrə 15 682 üzvün seçilməsi nəzərdə tutulub.

Əvvəllər yerli özünüidarəetmə orqanlarına seçkilər iki dəfə - 1999 və 2004-cü illərdə keçirilib.

10 dekabradək davam edəcək treniqlərin keçirilməsində məqsəd komissiya üzvlərinin peşəkar hazırlığı səviyyələrinin daha da artırılmasıdır. Trenerlər aşağı seçki komissiyalarının üzvlərinə səsvermə günü həyata keçiriləcək seçki hərəkətləri ilə bağlı təqdimatlar edir və praktiki məşğələlər keçirlər.

Treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar şəklində treninqlərdə iştirak edirlər.

"Bu tədbirlər Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş qrafikə uyğun olaraq keçirilir", - məlumatda deyilir.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti