...

Gürcüstanda H1N1 virusuna daha 25 yoluxma halı qeydə alınıb

Siyasət Materials 2 Dekabr 2009 20:06 (UTC +04:00)
Gürcüstanda son üç gün ərzində H1N1 virusuna 25 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə, Gürcüstanda cəmi 227 yoluxma halı qeydə alınıb.
Gürcüstanda H1N1 virusuna daha 25 yoluxma halı qeydə alınıb

Gürcüstan, Tbilisi, 02 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda son üç gün ərzində H1N1 virusuna 25 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə, Gürcüstanda cəmi 227 yoluxma halı qeydə alınıb. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdən məlumat verilib.

Yeni xəstəlik halları Gürcüstanın özündə xəstə insandan sağlam insana keçib.

Tibb işçiləri bildirirlər ki, cəmi iki xəstə stasionar rejimdə müalicə alır, lakin onların vəziyyəti narahatlığa əsas vermir, belə ki, sağalmaq üzrədirlər. Qalan xəstələr isə evdə həkim nəzarəti altında müalicə kursu keçirlər.

Gürcüstan həkimləri yaxın həftələrdə xəstələrin sayının artacağını gözləyirlər, belə ki, adətən məhz noyabr ayının sonu dekabr ayının əvvəllərində Gürcüstanda qrip epidemiyası daha geniş vüsət alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti