...

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ABŞ-ın aparıcı "beyin mərkəzləri" ilə əməkdaşlıq yaradır

Siyasət Materials 3 Dekabr 2009 11:54 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinın (SAM) direktoru Elxan Nuriyev ABŞ qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq qurmaq və regiondakı vəziyyəti müzakirə etmək məqsədi ilə Birləşmiş Ştatlarda olub. Bu barədə Trend News-un Vaşinqton müxbiri məlumat verir.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ABŞ-ın aparıcı "beyin mərkəzləri" ilə əməkdaşlıq yaradır

ABŞ, Vaşinqton, 03 dekabr / Trend , müxbir N.Boqdanova/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinın (SAM) direktoru Elxan Nuriyev ABŞ qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq qurmaq və regiondakı vəziyyəti müzakirə etmək məqsədi ilə Birləşmiş Ştatlarda olub. Bu barədə  Trend -un Vaşinqton müxbiri məlumat verir.

Dekabrın 2-də Nuriyev "The Cohen Group" beynəlxalq konsaltinq təşkilatının vitse prezidenti, səfir Mark Qrosman ilə görüşüb, həmin təşkilatdan Trend -a bildirilib.

Nuriyev Qrossmanı xaricdə, o cümlədən 2008-ci ildə ABŞ-da bir sıra konfranslar keçirən Strateji Araşdırmalar Mərkəzinın əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırıb.

SAM-ın rəhbəri deyib ki, onu təşkilatı bütün dünya Strateji Araşdırmalar Mərkəzləri ilə fəal əməkdaşlıq edir və Amerika "beyin mərkəzləri" ilə də sıx əlaqələr yaranacağına ümid edir. "The Cohen Group" iki təşkilatın sıx əməkdaşlığının zəruriliyini təsdiqləyib.

Söhbət zamanı, həmçinin Dağlıq Qarabağ probleminə də toxunulub. Nuriyev Azərbaycan ərazilərinin hələ də erməni işğalı altında olduğunu və bu münaqişənin regionda təhlükəsizliyə ciddi təhlükə yaratdığını xatırladıb. Həmçinin enerji mənbələrinin diversifikasiyasında Azərbaycanın açar rolu oynadığı da qeyd edilib.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinın direktoru həmçinin "Armitage International" Beynəlxalq Araşdırmalar Mərkəzinin Prezidenti Riçard Armitac və ABŞ-ın sabiq baş katibinin müavini ilə görüşüb.

Nuriyev iki təşkilatın, Azərbaycan və ABŞ-ın "beyin mərkəzləri"nin əməkdaşlığının zəruriliyini qeyd edib. Armitac bildirib ki, daha sıx əlaqələrin yaradılması hər iki ölkənin maraqlarına cavab verir.

İki təşkilatın rıhbərləri regiondakı son hadisələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.

Dekabrın 4-də isə SAM-ın rəhbəri ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı ilə Çikaqonun İllinois Texnologiya İnstitutu nəzdində Kent Hüquq Kollecində "Xəzər hövzəsinin geosiyasi durumu və Obama administrasiyası dövründə Amerika-Azərbaycan münasibətləri" mövzusunda keçiriləcək regional konfransda məruzə ilə çıxış edəcək. 

Konfransın keçirilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində geosiyasi reallıqlar, Azərbaycanın regionda enerji ehtiyatlarının əsas mənbəyi və tranzit ölkə kimi həlledici mövqeyə malik olması, qlobal enerji təhlükəsizliyinin təminatında rolu, rəsmi Bakı və Vaşinqtonun strateji müttəfiqliliyin hər iki tərəf üçün vacibliyi, bölgənin digər təhlükəsizlik problemləri barədə ABŞ-ın ekspert ictimaiyyətini məlumatlandırmaqdır.

Xəbər lenti

Xəbər lenti