...

İranda qaçaqmalçılar tərəfindən dörd polis öldürülüb

Siyasət Materials 3 Dekabr 2009 12:56 (UTC +04:00)
İranın Kerman əyalətində qaçaqmalçılar dörd polisi atəş açaraq qətlə yetiriblər. Kerman əyaləti Polis İdarəsinin rəhbəri general Məhəmməd Rıza İshaqi bildirib ki, qaçaqmalçılar və polis arasında silahlı atışma baş verib və atışma zamanı 4 polis nəfəri həlak olub.
İranda qaçaqmalçılar tərəfindən dörd polis öldürülüb

İranın Kerman əyalətində qaçaqmalçılar dörd polisi atəş açaraq qətlə yetiriblər. Kerman əyaləti Polis İdarəsinin rəhbəri general Məhəmməd Rıza İshaqi bildirib ki, qaçaqmalçılar və polis arasında silahlı atışma baş verib və atışma zamanı 4 polis nəfəri həlak olub.

Mehr agentliyinin dekabrın 3-də yaydığı məlumata əsasən, qaçaqmalçılar atışmadan sonra qaça biliblər.

General İshaqi hadisə barədə bildirib ki, polislər tərəfindən saxlanılan avtomobildək qaçaqmalçılar olub və onlar polisə atəş açaraq, avtomobili də hadisə yerində qoyyub qaçıblar. "Avtomobildən 200 kq həşiş və tiryək aşkar olunub",  - general İshaqi əlavə edib.

Xəbər lenti

Xəbər lenti