...

Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı MSK-da 411, DSK-larda isə 4 621 yerli müşahidəçi qeydə alınıb

Siyasət Materials 3 Dekabr 2009 15:58 (UTC +04:00)
Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasında 411 yerli müşahidəçi qeydə alınıb.
Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı MSK-da 411, DSK-larda isə 4 621 yerli müşahidəçi qeydə alınıb

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 411 yerli müşahidəçi qeydə alınıb.

MSK-nın mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, öz təşəbbüsü əsasında 377, xüsusi icazə almış 15 müşahidəçi qeydə alınıb.

Siyasi partiyalar tərəfindən irəli sürülən 5 müşahidəçi qeydə alınıb ki, bunlardan 4-ü Yeni Azərbaycan, biri isə Kommunist partiyasına aiddir.

Qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə 14 müşahidəçi qeydə alınıb.

Dairə seçki komissiyalarında (DSK) qeydə alınmış müşahidəçilərin sayı isə 4 621 nəfərdir.

Siyasi partiyalar üzrə 1999, öz təşəbbüsü əsasında 2257, qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə 365 yerli müşahidəçi qeydə alınıb.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti