...

NATO-Gürcüstan komissiyası faydalı vasitəyə çevrilib - XİN rəhbəri

Siyasət Materials 3 Dekabr 2009 20:58 (UTC +04:00)
NATO-Gürcüstan komissiyası çox faydalı və maraqlı vasitəyə çevrilib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Brüsseldə gürcü jurnalistlərlə söhbətində deyib.
NATO-Gürcüstan komissiyası faydalı vasitəyə çevrilib - XİN rəhbəri

Gürcüstan, Tbilisi, 03 dekabr / Trend , müxbir N.Kirsxaliya/

NATO-Gürcüstan komissiyası çox faydalı və maraqlı vasitəyə çevrilib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Brüsseldə gürcü jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Gürcüstan və alyans arasındakı əməkdaşlıq və Gürcüstanın təhlükəsizlik əməliyyatlarında iştirakı davam edir.

"Gürcüstanın yekunlaşdırdığı və müvəfəqiyyətlə yerinə yetirilən fəaliyyət proqramı növbəti əlaqələr üçün perspektiv və orientrdir", - Gürcüstanın XİN rəhbəri deyib.

Vaşadze Brüsseldə keçirilən NATO-Gürcüstan komissiyasının iclasında iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti