...

İndi Dağlıq Qarabağ probleminin nizamlanması üçün unikal imkanlar açılır - ekspert Amanda Akçakoça

Siyasət Materials 4 Dekabr 2009 17:27 (UTC +04:00)
İndi Dağlıq Qarabağ probleminin nizamlanması üçün unikal imkanlar açılır. Cənubi Qafqaz üzrə avropalı ekspert Amanda Akçakoça belə hesab edir.
İndi Dağlıq Qarabağ probleminin nizamlanması üçün unikal imkanlar açılır - ekspert Amanda Akçakoça

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

İndi Dağlıq Qarabağ probleminin nizamlanması üçün unikal imkanlar açılır. Cənubi Qafqaz üzrə avropalı ekspert Amanda Akçakoça belə hesab edir.

Bu, regionda yeni dinamika uyğunluğu, Prezident Barak Obamanın Moskva ilə münasibətləri yeniləmək üçün möhkəmləndirilmiş hazırlığı, Türkiyə-Ermənistan münasibətlərinin nisbətən qaydaya salınması, Aİ-nin fəallığının artırılması və Avropa təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə Qərb ölkələrinin hazırlığı sayəsində mümkün olub", - Avropa Siyası Mərkəzinin eksperti Akçakoça telefonla Trend -a deyib.

Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat Afinada ATƏT XİNŞ-nin 17-ci iclası çərçivəsində qəbul edilib.

Azərbaycan, Ermənistan, həmçinin Fransa, Rusiya xarici işlər nazirləri və ABŞ dövlət katibi müavininin iştirakı ilə keçən görüşün yekunu olaraq bu bəyanat qəbul edilib.

Bəyanatda nizamlanmanın Madrid prinsipləri üzrə baza prinsiplərinin razılığına dair Azərbaycan və Ermənistan rəhbərlərinin cəhdlərinə dəstək ifadə olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Akçakoçanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Qərb üçün daha çox geosiyasi əhəmiyyət kəsb edən regionda Aİ üçün prioritet olmalıdır.

Onun sözlərinə görə, bu münaqişənin nizamlanması bir çox cəhətdən, o cümlədən enerji təhlükəsizliyi baxımından mühüm olan Cənubi Qafqaza əhəmiyyətli dərəcədə stabillik və inkişaf gətirə bilər.

"Aİ XİN-in rəhbəri xanım Eşton hər iki ölkə başçısına baza prinsiplərinə dair razılığın əldə edilməsində kömək edərək Bakı və Yerevana səfəri ilə bu inkişafa öz dəstəyini göstərməlidir", - Akçakoça deyib.

Onun fikrincə, Aİ, Dağlıq Qarabağ münaqişəsinin istənilən zaman nizama salınmasına kömək etmək üçün qəti addımlara hazır olmalıdır və bu,yaxın zamanlarda Lissabon müqaviləsini ratifikasiya edən və diplomatik xidməti yenidən təşkil edən Aİ üçün yaxşı sınaq olacaq.

"Məlumdur ki, ABŞ (Moskvadakı tərəfdaşları ilə birlikdə) sülh razılığının əldə olunmasında tərəflərə kömək etmək üçün dinamikanı saxlamalıdır", - ekspert hesab edir.

"Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Cənubi Qafqazın "simasını" həmişəlik dəyişmək üçün qəti qərar qəbul etmələri vacibdir", - Akçakoça deyib.

Xəbər lenti

Xəbər lenti