...

Gürcüstanın NATO-ya daxil olmaq üçün zəmanəti var - parlament komitəsinin sədri Minaşvili

Siyasət Materials 4 Dekabr 2009 17:07 (UTC +04:00)
Gürcüstanın NATO-ya mütləq üzv olacağına dair zəmanəti var. Bu barədə parlamentin xarici əlaqələr komitəsinin sədri Akaki Minaşvili Trend News-a bildirib.

Gürcüstan, Tbilisi, 04 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın NATO-ya mütləq üzv olacağına dair zəmanəti var. Bu barədə parlamentin xarici əlaqələr komitəsinin sədri Akaki Minaşvili Trend -a bildirib.

Onun sözlərinə görə, bu postulat NATO-Gürcüstan komissiyasının iclası zamanı NATO ölkələrinin nazirləri və baş katibi Anders Foq Rasmussen tərəfindən təsdiqlənib.

"Bu zəmanəti NATO-nun real üzvü olmaqla dəyişmək lazımdır və bu proses tezləşdirilməlidir. Belə ki, bu bizim üçün çox vacibdir", - Minaşvili deyib.

O bildirib ki, NATO baş katibinin demokratiya ilə bağlı islahatın davam etdirilməsinin vacibliyinə dair göstərişi Gürcüstan rəhbərlyi tərəfindən təbii ki, başa düşülüb. Belə ki, bu islahatlar məhz Gürcüstanda demokratik islahatların ikinci dalğası təşəbbüsü ilə çıxış edən hakimiyyətdə aparılacaq.

"Gürcüstan hakimiyyəti bu istiqamətdə iradə göstərir və mən fikirləşirəm ki, bu cəhdlər yaxın zamanlarda nəticə verəcək", - deputat deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti