...

Belçika Türkmənistanla münasibətlərin möhkəmlənməsində maraqlıdır – Kral Albert

Siyasət Materials 4 Dekabr 2009 18:30 (UTC +04:00)
Belçika Kralı II Albert Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova göndərdiyi müraciətdə qeyd edib ki, onun ölkəsi Türkmənistanla yaxşı münasibətlərin saxlanmasında və möhkəmlənməsində maraqlıdır.
Belçika Türkmənistanla münasibətlərin möhkəmlənməsində maraqlıdır – Kral Albert

Türkmənistan, Aşqabad, 04 dekabr / Trend , müxbir H.Həsənov/

Belçika Kralı II Albert Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova göndərdiyi müraciətdə qeyd edib ki, onun ölkəsi Türkmənistanla yaxşı münasibətlərin saxlanmasında və möhkəmlənməsində maraqlıdır.

Bu məqsədlə Belçikanın fövqaəladə və səlahiyyətli səfiri qismində Türkmənistan Parlamentinin spikeri Akce Nurberdiyevaya etimadnaməni təqdim edən Taxt-tac Ordeni zabiti Pol de Vitte təyin olunub.

"Biz inanırıq ki, o öz missiyasını böyük səylə yerinə yetirəcək və zati-alilərinizin etibarını qazanacaq", - Belçika Kralı yazır.

Türkmənistan bazarında Belçika şirkətləri arasında daha məşhuru Kun Minnenin rəhbərlik etdiyi "Enex process engineering"-dir. "Türkmənistan bazarı dinamik inkişaf edir ki, bu da investisiyalar üçün cəlbedicidir", - o bu günlərdə jurnalistlərə deyib.

Onun şirkəti Türkmənistanda yanacaq-energetika sektoru, emaledici sənaye, kimya sənayesi, telekommunikasiya sahəsi kimi istiqamətlərdə işləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti