...

Azərbaycan Prezidenti qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 4 Dekabr 2009 20:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncama görə, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin ediulməsi tapşırılıb.

Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edilməs sərəncamda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti