...

Avropa İttifaqı müşahidəçiləri münaqişə zonaları ilə sərhəd kəndlərdə aparılan araşdırmaların nəticələri ilə tanış olublar

Siyasət Materials 7 Dekabr 2009 12:18 (UTC +04:00)
Avrapa İttifaqının müşahidəçi missiyası "İnsan haqlarının prioriteti" QHT tərəfindən münaqişə zonaları ilə sərhəd kəndlərdə aparılan araşdırmaların nəticələri ilə maraqlanıb.
Avropa İttifaqı müşahidəçiləri münaqişə zonaları ilə sərhəd kəndlərdə aparılan araşdırmaların nəticələri ilə tanış olublar

Gürcüstan, Tbilisi, 7 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Avrapa İttifaqının müşahidəçi missiyası "İnsan haqlarının prioriteti" QHT tərəfindən münaqişə zonaları ilə sərhəd kəndlərdə aparılan araşdırmaların nəticələri ilə maraqlanıb.

İnsan haqları üzrə missiya müşaviri Cefa Xoperbraueri nətcələrlə "İnsan haqlarının prioriteti" və "Qafqazın qadın şəbəkəsi" təşkilatlarının rəhbərləri Liya Muxaşavariya və Nino Çixiseli tanış ediblər.

Sərhəd zonalarda təhlükəsizlik zəmanəti olmadığını nəzərə alaraq, görüş iştirakçıları Aİ missiyası tərəfindən qeyri-hökümət təşkilatları üçün treninqlər keçirilməsi barədə razılğa gəliblər. Həmçinin başqa məsələlər üzrə əməkdaşlığa dair razılıq əldə olunub.

Dekabrın 4-də "İnsan haqları prioriteti"nin hüquqşünasları tərəfindən münaqişə zonaları ilə sərhəd kəndlərdə - Erqneti, Tkviavi, Mereti, Ququtiantkari, Koşka və Karbidə əhalinin təhlükəsizlik səviyyəsini müəyyən etmək məqsədi ilə monitorinqin ikinci mərhələsi keçirilib.

"İnsan haqlarının prioriteti"nin birinci 4 aylıq monitorinqinin nəticələri oktyabr ayında baxılması üçün Gürcüstan Prezidentinə, Parlamentə və Milli Təhlükəsizlik Şurasına göndərilib. Lakin dövlətin bu kəndlərin əhalisinin problemlərinin həlli üçün görəcəyi tədbirlər hələ məlum deyil.

Məaqalə müəllifi ilə əlkaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti