...

İran yeni ildən Azərbaycanla vizasız rejimin tətbiqinə başlayacaq - səfir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Dekabr 2009 12:09 (UTC +04:00)
İran yeni ildən etibarən Azərbaycanla sadələşdirilmiş viza sisteminin tətbiqinə başlamaq niyyətindədir, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami bazar ertəsi jurnalistlərə deyib.
İran yeni ildən Azərbaycanla vizasız rejimin tətbiqinə başlayacaq - səfir (ƏLAVƏ OLUNUB)

Red: əlavəsi - Sonuncu üç abzas - İran səfərinin viza rejiminin ləğvinin şərtləri əlavə olunub.

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir T.Cəfərov/

İran yeni ildən etibarən Azərbaycanla sadələşdirilmiş viza sisteminin tətbiqinə başlamaq niyyətindədir, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami bazar ertəsi jurnalistlərə deyib.

İran XİN ümid edir ki, ölkə hökumətinə təqdim edilmiş Azərbaycan və bir sıra başqa ölkələrlə viza rejiminin birtəfəli ləvğ edilməsi layihəsi yaxın zamanlarda təqdiq ediləcək, İran XİN-in rəhbəri Mənuçöhr Müttəki əvəllər Tehranda təşkil edilən mətbuat konfransında demişdi.

Müttəki Trend informasiya agentliyinin müxbirinin sualına cavab verərək İran tərəfinin bu addımı ikitərəfli əlaqələrin və xalqlar arasındakı münasibətlərin inkişaf etdirilməsi məqsədilə atdığını deyib. "Addımlardan biri xarici siyasət idarəsi tərəfindən təklif edilən qonşu Azərbaycanla viza rejiminin birtərəfi qaydada ləvğ edilməsi layihəsidir", - deyə nazir sözlərinə davam edib.

"XİN öz təklifini parlamentə təqdim edib. Parlament qanunvericiliyə uyğun olaraq bu layihəni gözdən keçirəcək. Biz ümid edirik ki, bu məsələ təsdiq ediləcək", - Müttəki əlavə edib.

"İstənilən Azərbaycan vətəndaşı İrana vizasız gedə, orada 1 ay müddətində qala bilər. Əgər Azərbaycan vətəndaşlarına lazımdırsa, bir ay qalandan sonra vətənə dönüb yenidən İrana qayıda bilərlər", - deyə Bəhrami bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, əgər bu təcrübə müsbət nəticə versə, İran tərəfi bu müddəti 3 aya kimi uzatmağı da planlaşdırır.

Bəhrami deyib ki, ötən 9 ay ərzində Azərbaycandan İrana 35 min nəfər səfər edib. "Viza rejimi ləğv olsa da, İrana səfər etmək istəyən azərbaycanlılardan Hepatit və AIDS üzrə analizlər götürüləcək. Ola bilsin, həmin proses də sadələşdirilsin", - deyə Bəhrami deyib.

Səfir ümidvar olduğunu deyib ki, vizasız rejimin yeni ildən tətbiqinə başlanacaq və Azərbaycan da öz növbəsində İran vətəndaşlarının Azərbaycana vizasız gəlmələri haqda qərar verəcək.

Xəbər lenti

Xəbər lenti