...

Azərbaycan və Rusiya arasındakı əlaqələr strateji tərəfdaşlıq formulu üzrə inkişaf edir - RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin (MÜSAHİBƏ)

Siyasət Materials 7 Dekabr 2009 15:40 (UTC +04:00)
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə Trend News-un eksklüziv müsahibəsi
Azərbaycan və Rusiya arasındakı əlaqələr strateji tərəfdaşlıq formulu üzrə inkişaf edir - RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə Trend -un eksklüziv müsahibəsi

- Fikrinizcə, son illərdə Bakı və Moskva arasındakı əlaqələrin tendensiyası dəyişibmi? Ölkələrin yaxınlaşdığı hiss edilirmi? Buna sizin baxışınız necədir?

- Rusiya və Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq formulu üzrə inkişaf edir və bu tendensiya dəyişməyib. Bunun üçün zəmin də yoxdur. Axı biz siyasi şəraitə yönəlmişik, iki ölkənin əsas maraqları həm də regiondakı stabillik maraqlarıdır.

Subyektiv duyğulara gəlincə isə, onlar məndə müsbətdir. Bakıda olduğum müddətdə mən azərbaycanlıların Rusiyaya hörmətlə yanaşdıqlarını hiss etdim. Düşünürəm ki, mənim Moskvadakı azərbaycanlı həmkarım da Rusiyada Azərbaycana qarşı dostluq münasibətinin artdığını təsdiq edir.

- Bizim ölkələrimiz arasında daha çox qarşılıqlı anlaşmanın qurulması üçün siyasi təbəqə, ziyalılar, kütləvi media tərəfindən hansı səylər göstərilə bilər?

- Gənclərin iştirakı ilə daha çox tədbirlər keçirmək lazımdır. Rusiya və Azərbaycanda tədricən vətəndaş cəmiyyətləri formalaşır və bu sahədəki mübadilə əlbəttə ki, faydalı ola bilər. Daha fəal əlaqələrdən jurnalistlər qazana bilər.

Biz hamımız bunu hökumət xətti üzrə stimullaşdırmağa cəhd göstəririk. Məsələn, 2010-cu ilin yanvar ayında iki ölkə ziyalılarının böyük forumu keçiriləcək: "Rusiya-Azərbaycan. Tərəfdaşlıq Horizontları".

- Bəzən belə fikirlər səslənir ki, 2008-ci il Gürcüstan müharibəsi Cənubi Qafqazda geosiyasi ahəngi dəyişib. Dağlıq Qarabağ münaqişəsinin həllində və Türkiyə ilə tərəfdaşlıq əlaqələrində Rusiyanın səylərini hesaba alaraq onun Qazfqazda əsas oyunçu olmaq üçün hansı şansı var?

- Gürcüstan müharibəsi adlandırlan müharibə təkcə Cənubi Qafqazı deyil, həm də bütün dünyanı dəyişdirib. Hamı gözünü açıb və anlayıb ki, əgər bir siyasi fırıldaqçı ümumdünya konfrontasiyasını təhrik edə bilirsə, dünyada nə isə qaydasında deyil. Bu anlayış, xüsusilə Rusiya-ABŞ əlaqələrinin "yenidən yüklənməsi" əsasında durur.

Siz Rusiyanı oyunçu adlandırırsınız, lakin Rusiya Qafqazda oynamır. Başqa ölkələrin də etdiyi kimi, biz burada öz maraqlarımızı həyata keçiririk. Bu maraqlar heç kimə təhlükə yaratmır. Belə olmasaydı, Rusiyanın Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli tərəfdaşlıq əlaqələri olmazdı. Biz bu əlaqələrin müsbət potensialından regional problemlərin, ilk növbədə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istifadə etməyə cəhd göstəririk. Bunu gesiyasi lövhədə kimisə "şah" və ya "mat" vəziyyətində qoymaq üçün deyil, əksinə, ona görə edirik ki, Qafqazda sülh və stabillik Rusiya üçün son dərəcə vacibdir.

- Hesab edirsinizmi ki, Avropanın "Şərq tərəfdaşlığı" təşəbbüsü MDB çərçivəsində bağlanan sazişlərlə ziddiyət təşkil edir? Bu proqramda iştirak edən birlik ölkələri üçün MDB və Aİ arasında seçim etmək lazımdırmı?

Seçim məsələsi Moskvanın deyil, Brüsseldə Belarusun "Şərq tərəfdaşlığı"nda iştirakına dair məsələ müzakirə edilərkən Aİ-nin qarşısına qoyulub. Sonra bizim Aİ-dən olan həmkarlarımız öz mövqelərini düzəltdilər: guya bizi düz başa düşməyiblər. Bundan əlavə, Rusiya bu proqram çərçivəsindəki bəzi layihələrdə iştirak etmək dəvəti alıb. Bunu danmaq olmaz. Baxaq görək, təşəbbüs necə həyata keçiriləcək.

- Rusiya Federasiyasının səfirliyi Azərbaycanda rus dilinin inkişafı üzrə hansı səylər göstərir? Ola bilərmi ki, Azərbaycan da Qazaxıstan kimi gələcəkdə rus dilinə dövlət statusu versin?

- Bu, səfirliyin işindəki əsas istiqamətlərdən biridir. Bunun üçün Rusiya son illərdə vəsait ayırır, müvafiq təşkilat strukturları yaradılır. Bakıda, xüsusilə də rus dilinə dəstək olmaq üçün Rusiya informasiya-mədəniyyət mərkəzinin yaradılması əsas istiqamətlərdəndir. Bu sahədə Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edirik. Rus dilinin hüquqi statusuna gəlincə isə, bu Azərbaycan dövlətinin tam səlahiyyətində olan bir məsələdir.

Xəbər lenti

Xəbər lenti