...

Latviya Prezidenti bu gecə Gürcüstana gələcək

Siyasət Materials 7 Dekabr 2009 18:06 (UTC +04:00)
Bu gecə Latviya Prezidenti Valdis Zatlers həyat yoldaşı və 62 nəfərlik nümayəndə heyəti ilə birgə Tbilisiyə gəlir.
Latviya Prezidenti bu gecə Gürcüstana gələcək

Gürcüstan, Tbilisi, 07 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gecə Latviya Prezidenti Valdis Zatlers həyat yoldaşı və 62 nəfərlik nümayəndə heyəti ilə birgə Tbilisiyə gəlir.

Gürcüstan Prezidenti Administrasiyasından xəbər verildiyi kimi, səfərin rəsmi hissəsi dekabrın 8-dən başlayacaq. Elə həmin gün də iki prezidentin görüşü baş tutacaq.

Nümayəndə heyətinə biznesmenlər və iqtisadi sahənin nümayəndələri daxildir. İkitərəfli münasibətlərin dərinləşməsi praktiki olaraq bütün sahələrdə planlaşdırılır.

Nümayəndə heyəti Gürcüstanda bir neçə gün qaldıqdan sonra Ermənistana yola düşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti