...

Azərbaycanda şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılacaq - MSK sədri

Siyasət Materials 7 Dekabr 2009 18:21 (UTC +04:00)
Azərbaycanda şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılacaq, seçicilərin bütün hüquqları təmin ediləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bazar ertsəi Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş zamanı deyib.
Azərbaycanda şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılacaq - MSK sədri

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılacaq, seçicilərin bütün hüquqları təmin ediləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bazar ertsəi Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş zamanı deyib. MSK-nın mətbuat xidmətindən bazar ertəsi Trend -a məlumat verilib.

Görüş zamanı komissiya sədri seçkilərə hazırlıq çərçivəsində MSK-nın apardığı maarifləndirici işlər barədə nümayəndə üzvlərini məlumatlandırıb.

Qarşıdakı bələdiyyə seçkilərində iştirak etmək üçün 32 minə yaxın namizəd və 18 siyasi partiyanın nümayəndələri qeydə alınıb. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edir. Namizədlərin 6180 nəfərini, yəni 19,5 faizini qadınlar təşkil edir.

Pənahovun sözlərinə görə, bu günə qədər 20 minə yaxın müşahidəçi akkreditə olunub və bu proses davam edir. "Müşahidəçilər üçün "Yaddaş kitabçası" hazırlanır və yaxın günlərdə onlar çap olunacaq", - MSK sədri deyib.

Qaya Doğanoğlunun rəhbərlik etdiyi AŞ nümayəndə heyəti seçkilərin demokratik şəraitdə keçiriləcəyinə əminlik ifadə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti