...

Gürcüstan sayca ən çox hərbi kontingentlərindən birini Əfqanıstana göndərir – Prezident Saakaşvili

Siyasət Materials 7 Dekabr 2009 20:14 (UTC +04:00)
Gürcüstan Prezidentinin sayca ən çox hərbi kontingentlərdən birini Əfqanıstana göndərməsi təəccüb doğurub. Bununla bağlı Mixail Saakaşvili bu gün ABŞ HHQ-nin Avropadakı komandanı general Rocer Bred ilə görüşündə deyib.
Gürcüstan sayca ən çox hərbi kontingentlərindən birini Əfqanıstana göndərir – Prezident Saakaşvili

Gürcüstan, Tbilisi, 07 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidentinin sayca ən çox hərbi kontingentlərdən birini Əfqanıstana göndərməsi təəccüb doğurub. Bununla bağlı Mixail Saakaşvili bu gün ABŞ HHQ-nin Avropadakı komandanı general Rocer Bred ilə görüşündə deyib.

Amerikalı general və Gürcüstan Prezidentinin görüşü Avlabaridə Prezident Sarayında keçirilib.

Saakaşvili qeyd edib ki, Gürcüstan Əfqanıstana 900-dən çox hərbçi göndərəcək və ABŞ dövlət katibi Hillari Klintonun sözlərindən o anlayıb ki, bu, ISAF əməliyyatı çərçivəsində Əfqanıstanın müxtəlif istiqamətlərinə göndərilən ən iri hərbi kontingentlərdən biridir.

Gürcüstan Prezident Bredə bildirib ki, Gürcüstan ordusu "Əfqanıstanda hərbi əməliyyat fəaliyyətində böyük təcrübəyə malikdir". "Gürcüstan bu ölkəni yaxşı tanıyır və onun istəklərini bilir. Bizim əsgərlər bir neçə əsr əvvəl əfqanlara xidmət edib və orada gürcüstanlı nəsillərin yaşadığı kəndlər var", - Saakaşvili deyib.

General Bred Gürcüstanın Əfqanıstanda sülhün bərqərar olması işindəki töhfəsinə görə Gürcüstan tərəfinə təşəkkürünü bildirib. "Gürcüstanlılar yaxşı hərbçilərdir, onlar bunu 2000 gürcü əsgərinin İraqdakı əməliyyatlarda mərdliklə və igidcəsinə xidmət etməsi ilə təsdiq ediblər. Onlar yerli adətlərə və yerli əhaliyə hörmət ediblər", - gürcü hərbçilərini "yüksək peşəkar" adlandıraraq general Bred deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti