...

Azərbaycan Prezidenti Bakı buxtasında liman məntəqəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 7 Dekabr 2009 20:07 (UTC +04:00)
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə Bakı buxtasında liman məntəqəsinin tikintisi üçün 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.
Azərbaycan Prezidenti Bakı buxtasında liman məntəqəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı buxtasında liman məntəqəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə Bakı buxtasında liman məntəqəsinin tikintisi üçün 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada həyata keçirilməsi, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti