...

Azərbaycan Parlamentinin deputatı Parisdə qadınlara qarşı zorakılıqla bağlı tədbirdə iştirak edəcək

Siyasət Materials 8 Dekabr 2009 13:47 (UTC +04:00)
"Fransanın paytaxtı Parisdə "Avropada miqrasiya və qadınlara qarşı zorakılıq" mövzusunda keçiriləcək toplantıda Azərbaycanı Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli təmsil edəcək", - çərşənbə axşamı Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin deputatı Parisdə qadınlara qarşı zorakılıqla bağlı tədbirdə iştirak edəcək

>Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Parisdə qadınlara qarşı zorakılıqla bağlı tədbirdə iştirak edəcək.

"Fransanın paytaxtı Parisdə "Avropada miqrasiya və qadınlara qarşı zorakılıq" mövzusunda keçiriləcək toplantıda Azərbaycanı Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli təmsil edəcək", - çərşənbə axşamı Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Avropa Şurası Parlament Assambleyası, Parlamentlərarası İttifaqın və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə dekabrın 10-dan 12-dək keçiriləcək tədbirdə gender bərabərliyi, qadın zorakılığına qarşı mübarizə, miqrant qadınların hüquqi müdafiəsi, onların işlə təminatı və digər məsələlər müzakirə ediləcək. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

Hacıbəyli dekabrın 8-dən 9-dək Avstriyada da səfərdə olacaq. "Deputatımız Vyana Diplomatiya Akademiyasında Avstriya Beynəlxalq Sülh və Siyasət İnstitutu və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda diplomatik xidmətin yaradılmasının 90-cı ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək", - məlumatda vurğulanır.

Tədbir çərçivəsində "Avropa və Xəzər regionu arasında əlaqələrin genişləndirilməsində Azərbaycanın rolu" mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub. "Hacıbəyli tədbirdə "Azərbaycan və Avroatlantik inteqrasiya siyasəti" mövzusunda məruzə ilə çıxış edəcək", - məlumatda əlavə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.

Xəbər lenti

Xəbər lenti