...

Ukraynanın "İnter" telekanalı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli işıqlandırılmasını təmin etməyə hazırdır – rəsmi bəyanat

Siyasət Materials 8 Dekabr 2009 18:55 (UTC +04:00)
Bir halda ki, Dağlıq Qarabağ problemi bu vaxta qədər aktualdır, kanal münaqişənin bütün tərəflərini cəlb etməklə onun hərtərəfli işıqlandırmasını təmin etməyə hazırdır. Dağlıq Qarabağ barədə informasiya süjeti ilə əlaqədar "İnter" telekanalının rəsmi mövqeyində deyilib.
Ukraynanın "İnter" telekanalı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli işıqlandırılmasını təmin etməyə hazırdır – rəsmi bəyanat

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Bir halda ki, Dağlıq Qarabağ problemi bu vaxta qədər aktualdır, kanal münaqişənin bütün tərəflərini cəlb etməklə onun hərtərəfli işıqlandırmasını təmin etməyə hazırdır. Dağlıq Qarabağ barədə informasiya süjeti ilə əlaqədar "İnter" telekanalının rəsmi mövqeyində deyilib.

Ukraynanın "İnter" telekanalı "Euronews" telekanalının ardınca Qarabağa dair Azərbaycanın əleyhinə olan film hazırlayıb və tamaşaçılara təqdim edib.

"Azərbaycanın Ukraynadakı səfirliyi "İnter" telekanalında Azərbaycanın əleyhinə olan filmin nümayişi ilə əlaqədar olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib", - Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bazar ertəsi Trend -a bildirib.

"Əgər münaqişə tərəfləri bizə kömək etsələr, kanal onlara minnətdar olacaq", - bəyanatda deyilir.

"Dağlıq Qarabağ ətrafında beynəlxalq münaqişənin, Azərbaycan və Ermənistanın həm rəsmi, həm də ayrı-ayrı şəxsləri arasında kəskin fikir ayrılığının mövcud olduğunu anlayaraq "İnter" telekanalı "Podrobnosti nedeli" informasiya proqramının yekununda həmin ərazinin hüquqi, faktiki və hazırkı siyasi statusuna həsr olunmuş süjetin nə istehsalını, nə də ki nümayişini planlaşdırmayıb", - bəyanatda deyilir.

"Dekabrın 6-də proqramda göstərilmiş süjet Dağlıq Qarabağ ətrafındakı münaqişəyə həsr olunub, bilavasitə həmin əraziyə və onun sakinlərinə. Onun formatı reportaj-publisistikadır, başqa sözlə desək, tarixi təsvirdir", - bəyanatda deyilir.

"Biz tərəfləri olan münaqişənin deyil, problemlərin daxilindəydik. Dağlıq Qarabağın 2009-cu ilin əvvəlindəki vəziyyətini təsvir etmişik. Süjetin qəhrəmanlarının qiymətləri, emosiyaları və mövqeləri ərazi sakinləri kimi onlara məxsusdur. "İnter" telekanalı bunları və ya hər hansı digər mövqeni ayırmır - biz öz izləyicilərimizə Ukrayna və planetin müxtəlif yerlərində həyatın necə qurulduğunu göstəririk", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti