...

Ferrero-Valdner "Şərq tərəfdaşlığı"na ümumi bağlılığı alqışlayır

Siyasət Materials 8 Dekabr 2009 20:51 (UTC +04:00)
Avropa İttifaqının xarici siyasət üzrə komissarı Benito Ferrero-Valdner Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində çərşənbə axşamı keçirilən xarici işlər nazirlərinin birinci görüşünü alqışlayıb. Görüşdə Aİ-yə daxil olan 27 ölkə və proqrama daxil olan 6 ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və həmçinin Avropa institutları iştirak ediblər.
Ferrero-Valdner "Şərq tərəfdaşlığı"na ümumi bağlılığı alqışlayır

Belçika, Brüssel, 08 dekabr / Trend , müxbir T.Mahmud/

Avropa İttifaqının xarici siyasət üzrə komissarı Benito Ferrero-Valdner Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində çərşənbə axşamı keçirilən xarici işlər nazirlərinin birinci görüşünü alqışlayıb. Görüşdə Aİ-yə daxil olan 27 ölkə və proqrama daxil olan 6 ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və həmçinin Avropa institutları iştirak ediblər.

Ferrero-Valdner qeyd edib ki, bütün iştirakçıların səyləri sayəsində "Şərq tərəfdaşlığı"na əla başlanğıc verilib. "Çox qısa müddət ərzində biz əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli dərinləşməsində əhəmiyyətli nəticələr əldə etmişik", - o deyib.

Nazirlərin çoxtərəfli platforma əsasında hazırlanan 2010-cu ilin iş proqramını bəyənəcəyi gözlənilir. Əlaqələrin gələcək dərinləşməsi üzrə aparılan ikitərəfli işlər yaxşı irəliləyir və 2010-cu ildə tərəfdaş ölkələrlə assosiasiyaya dair razılıq üzrə danışıqların aparılacağı gözlənilir.

"Şərq tərəfdaşlığı"nın təqdim etdiyi yeni baxışlar gözdən keçirilib. "Siyasi və iqtisadi stabillik, tərəfdaş ölkələrin çiçəklənməsi, həmçinin Aİ ilə daha çox yaxınlaşma bizim ümumi məqsədimizdir,- Ferrero-Valdner deyib. - Biz "Şərq tərəfdaşlığı" ölkələri və vətəndaşları üçün hiss ediləcək nəticələrin əldə olunmasına dair verdiyimiz sözün üstündə dururuq".

"Şərq tərəfdaşlığı" iştirakçıları 2013-cü ilədək olan dövr ərzində 350 milyon avro həcmində əlavə maliyyə dəstəyi alacaqlar. Aİ-nin ümumi yardımı isə 600 milyon avro təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti