...

Azərbaycanın İrandakı yeni səfiri etimadnaməsini bu ölkənin xarici işlər nazirinə təqdim edib

Siyasət Materials 9 Dekabr 2009 10:39 (UTC +04:00)
Azərbaycanın İrana yeni təyin olunmuş səfiri Cavanşir Axundov ötən gün İranın xarici işlər naziri Mənuçöhr Müttəki ilə görüşüb və öz etimadnaməsini təqdim edib. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Azərbaycanın İrandakı yeni səfiri etimadnaməsini bu ölkənin xarici işlər nazirinə təqdim edib

Azərbaycan, Bakı, 9 dekabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın İrana yeni təyin olunmuş səfiri Cavanşir Axundov ötən gün İranın xarici işlər naziri Mənuçöhr Müttəki ilə görüşüb və öz etimadnaməsini təqdim edib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Görüşdə Müttəki yeni səfirin iki ölkə arasında mədəni, iqitsadi və siyasi əlaqələrə yeni dəyişikliklər edəcəyinə əmin olduğunu deyib.

Axundov noyabrın əvvəlində Azərbaycanın İranda yeni səfəri təyin edilib.

"Novruz bayramı region ölkələrinin və xalqlarının birliyində böyük rol oynayır. Xalqlar arasında birlik yaratmaq məqsədi ilə bu il İranda Novruz bayramı region ölkələrinin iştirakı ilə keçiriləcək", - Müttəki söhbət zamanı deyib. O əlavə edib ki, bu kimi addımlar regionda sülh, dostluq və səmimiyyətin artmasına səbəb olacaq.

Axundov da öz növbəsində bildirib ki, İranda səfir olduğu müddətdə iki ölkə arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcək.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin detalları da müzakirə olunub. Məmmədyarov İrana dekabrın 14-də səfər edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti