...

Azərbaycanın hakim partiyası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimatını keçirəcək

Siyasət Materials 9 Dekabr 2009 10:45 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının təqdimatını keçirəcək. Bu barədə çərşənbə günü Trend News-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın hakim partiyası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimatını keçirəcək

Azərbaycan, Bakı, 9 dekabr / Trend , müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimatını keçirəcək. Bu barədə çərşənbə günü Trend -a partiyanın mətbuat xidmətindən məlumat verilib.

YAP xalqımızın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bir sıra kütləvi tədbirlər keçirəcək.

YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri və Milli Məclisin deputatları dekabrın 12-də Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edəcək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə edəcəklər.

Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Hyatt Regency otelində xalq yazıçısı Anarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimat mərasimi keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti