...

Azərbaycan Avropanın enerji təminatında əsas rol oynaya bilər – Böyük Britaniyanın Gürcüstandaki səfiri

Siyasət Materials 9 Dekabr 2009 13:59 (UTC +04:00)
"Qafqaz Avropa üçün enerji təminatı baxımından çox mühüm və ideal regiondur. Bu konteksdə Azərbaycan mühüm rol oynayır ", - bu barədə səfir İ.Çavçavadze adına Tbilisi UDövlət niversitetində Beynəlxalq Qafqaz araşdırmalar məktəbinin təşkil etdiyi "Böyük Britaniyanın Qafqazdakı siyasəti" adlı mühazirə zamanı Trend News-un sualını cavablandırarkən deyib.
Azərbaycan Avropanın enerji təminatında əsas rol oynaya bilər – Böyük Britaniyanın Gürcüstandaki səfiri

Gürcüstan, Tbilisi, 9 dekabr / Trend , müxbir C. Babayeva/

Azərbaycan Avropanın enerji təminatında əsas rol oynaya bilər, Böyük Britaniyanın Gürcüstandaki səfiri Devid Kif hesab edir.

"Qafqaz Avropa üçün enerji təminatı baxımından çox mühüm və ideal regiondur. Bu konteksdə Azərbaycan mühüm rol oynayır ", - bu barədə səfir İ.Çavçavadze adına Tbilisi UDövlət niversitetində Beynəlxalq Qafqaz araşdırmalar məktəbinin təşkil etdiyi "Böyük Britaniyanın Qafqazdakı siyasəti" adlı mühazirə zamanı Trend -un sualını cavablandırarkən deyib.

"Enerji daşıyıcılarının harada yerləşməsi əsas deyil, əsas onların hara istiqamətlənməsidir", - Kif deyib.

Səfir hesab edir ki, Azərbaycan "Nabukko" qaz kəməri layihəsinin reallaşmasında mühüm rol oynayır.

"Həmçinin "Nabukko" üçün mənbələr axtarılması ilə bağlı başqa fikirlər də var. Məsələn, Türkmənistan Mərkəzi Asiya bu məqsədlə nəzərdən keçirilir, lakin bu halda həmin regiondan Avropaya eneji daşıyıcılarının çatdırılması yolları ilə bağlı məsələ yaranır. İrana da həmçinin mənbə kimi baxmaq olar, lakin bu məsələyə Tehranın yürütdüyü siyasət mane olur ", - Kif deyib.

"Nabukko" layihəsinin reallaşmasında maraqlı olan ölkələr həmin layihənin reallaşması ilə bağlı bütün məsələləri özləri öyrənməlidirlər", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti