...

Qazaxıstanda ATƏT Forumunun keçirilməsi faydalı olar – Rusiya Prezidenti Dmitri Medvedev

Siyasət Materials 9 Dekabr 2009 15:36 (UTC +04:00)
Qazaxıstanın təşəbbüsü ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sammitinin Astanada keçirilməsi faydalı olar. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev bu gün Avropa və Asiya Media Forumunda deyib.
Qazaxıstanda ATƏT Forumunun keçirilməsi faydalı olar – Rusiya Prezidenti Dmitri Medvedev

Rusiya, Moskva, 09 dekabr / Trend , müxbir İ.Bragina/

Qazaxıstanın təşəbbüsü ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sammitinin Astanada keçirilməsi faydalı olar. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev bu gün Avropa və Asiya Media Forumunda deyib.

Onun sözlərinə görə, Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrliyi ilə bağlı "yalnız xoş sözlər demək olar". "Bizə xoşdur ki, dost ölkə ATƏT-ə sədrlik edir və bu, təşkilatın yeni yer tapmasına kömək edər", - Medvedev deyib.

Onun sözlərinə görə, ATƏT əməkdaşlıq üçün münasib meydandır. "Lakin biz hesab edirik ki, gələcək haqqında fikirləşmək lazımdır, ATƏT isə təhlükəsizliyin bütün formatlarını əhatə etmir, belə ki, onları NATO da əhatə etmir", - Medvedev deyib.

RİA Novosti-nin təşkilatçılığı ilə Moskvada keçirilən Avropa və Asiya Media Forumuna MDB və Baltikyanı ölkələrin tanınmış KİV rəhbərləri, siyasətçilər və ictimai xadimlər toplaşıb. Forumda postsovet məkanının 150-dən az olmayan ən avtoritet çap və elektron nəşrlərinin rəhbərləri də iştirak edir.

TREND İnformasiya Agentliyini Forumda baş direktor İlqar Hüseynov təmsil edir.

Forum proqramı gələn jurnalistlərin rusiyalı həmkarları, RF dövlət strukturunun rəhbərləri, Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri ilə geniş ünsiyyət imkanlarını nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti