...

Azərbaycanda "Müşahidəçilər üçün yaddaş" kitabçası işıq üzü görüb

Siyasət Materials 9 Dekabr 2009 15:00 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən çərşənbə günü Trend News-a bildiriblər ki, komissiyanın müşahidəçilər üçün hazırladığı “Seçki günü üçün yaddaş” kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub. Eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib.
Azərbaycanda "Müşahidəçilər üçün yaddaş" kitabçası işıq üzü görüb

Azərbaycan, Bakı, 09 avqust / Trend , müxbir M.Əliyev/

Azərbaycanda "Müşahidəçilər üçün yaddaş" kitabçası işıq üzü görüb.


Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, komissiyanın müşahidəçilər üçün hazırladığı "Seçki günü üçün yaddaş" kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub. Eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib.

Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib.

Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

"Müşahidəçilər üçün yaddaş" kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir. Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti