...

Azərbaycan diasporunun institut olaraq formalaşmasına və inkişafına ehtiyac var - "İrəli" İctimai Birliyinin sədri (MÜSAHİBƏ)

Siyasət Materials 9 Dekabr 2009 15:30 (UTC +04:00)
Fransanın şəhərlərində olan gənclərin təşəbbüsü və təşkilatçılığı ilə dekabrın 11-də Evronews binası qarşısında aksiya keçiriləcək. Diaspor tək könüllülərin işi olmamalıdır. Diaspor institutlaşmalıdır, daimi əsaslarla Azərbaycan üçün əhəmiyyət kəsb edən şəhərlərdə işləyən, əmək haqları ödənilən peşəkar diaspor işçiləri olmalıdır.
Azərbaycan diasporunun institut olaraq formalaşmasına və inkişafına ehtiyac var - "İrəli" İctimai Birliyinin sədri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 09 avqust / Trend , müxbir K.Zərbalıyeva/

"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlının Trend -a müsahibəsi

- Dağlıq Qarabağ münaqişəsini, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaqda diasporun rolu əvəzsizdir. Sizi Azərbaycan diasporunun bu istiqamətdəki fəaliyyəti qane edirmi?

- Fransanın şəhərlərində olan gənclərin təşəbbüsü və təşkilatçılığı ilə dekabrın 11-də Evronews binası qarşısında aksiya keçiriləcək. Diaspor tək könüllülərin işi olmamalıdır. Diaspor institutlaşmalıdır, daimi əsaslarla Azərbaycan üçün əhəmiyyət kəsb edən şəhərlərdə işləyən, əmək haqları ödənilən peşəkar diaspor işçiləri olmalıdır. Bu gün bu sahəyə diqqət ayrılmasına ehtiyac var. Bəzi şəhərlərdə, ölkələrdə diasporun fəaliyyəti qaneedici səviyyədədir, bəzilərində yox. Bu, ordakı insanlara bağlı bir məsələdir. Hardakı insanlar daha təcrübəlidir, o ölkələrdə iş sistemli aparılır. Məsələn, Azərbaycan diasporu Londonda həmişə fəal olub və fəaliyyəti bizi qane edir. Bu problemi könüllülərdə axtarmaq düz deyil. Diasporun institut olaraq formalaşmasına və inkişafına ehtiyac var. Yəhudi diasporunun işçiləri ayrı-ayrı universitetlərdə diaspor fakultələrini bitirmiş, bu sahədə təcrübəsi olan şəxslərdir. Onların maaşı daha yüksəkdir və daimi ödənilir. Azərbaycan diasporu könüllülük, təşəbbüskarlıq səviyyəsində olur. Təşkilat sədrinin başqa işləri olur və diaspor işinə vaxt ayıra bilmir. Diaspor menicerlərindən istifadə etmək lazımdı. Azərbaycan diasporunun işi, psixalogiyası, məsələyə baxışı araşdırılmalı və siyasət müəyyən edilməlidir. Hər bir ölkənin mentalitetinə uyğun müəyyən edilməlidi bu siyasət. Ruslarla ingilislərin məsələyə baxışı ayrıdır. Həmin ölkələrə yönəlmiş siyasət yeridilməlidir. Bu məsələdə xüsusu həssaslığa ehtiyac var. Sosial menecerlərin çatışmadığını görürük.

- Azərbaycan gənclərinin siyasi fəallığı qaneedici səviyyədədirmi?

- Ölkə əhalisinin siyasi fəallığı siyasi partiyalara üzvlüklə ölçülür. Azərbaycanda 5 milyon elektorat var, amma təxminən 500 min insan siyasi partiyaların üzvüdür. Əgər bütün elektoratın 10 faizi siyasi partiyaların üzvüdürsə, demək siyasi fəallıq yetərincə deyil. Gənclər arasında fəallıq daha böyükdür. Gənclər arasında kifayət qədər fəal insanlar var. Bələdiyyə seçkilərində gənclərin marağı çoxdur. Bu onun göstəricisidir ki, tədricən ölkədə sistem inkişaf etdikcə, demokratik institutlar, təsisatlar inkişaf etdikcə, insanların da məsələlərə münasibəti dəyişir və tədricən fəallaşırlar.

- Parlament seçkisində gənclərin qalib gəlmək şansını necə dəyərləndirirsiniz?

- Ümid edirəm ki, növbəti parlament seçkilərində gənclərin siyasi fəallığı artacaq. Bələdiyyə seçkilərindəki fəallıq bizə ümid verir ki, onlar parlament seçkilərində daha fəal olacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti