...

Azərbaycanda Sülh Korpusu missiyasının yeni qrupu and içib

Siyasət Materials 9 Dekabr 2009 18:47 (UTC +04:00)
ABŞ-ın Sülh Korpusunun 64 nümayəndəsi iki il boyunca Azərbaycanın 32 rayonunda müxtəlif təşkilatlarda və məktəblərdə öz bilik və bacarıqlarını, həmçinin öz təcrübəsini işlədikləri müəssisənin və yaşadıqları icmanın inkişafı üçün tətbiq edəcəklər.

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir M.Əliyev/

ABŞ-ın Sülh Korpusunun 64 nümayəndəsi iki il boyunca Azərbaycanın 32 rayonunda müxtəlif təşkilatlarda və məktəblərdə öz bilik və bacarıqlarını, həmçinin öz təcrübəsini işlədikləri müəssisənin və yaşadıqları icmanın inkişafı üçün tətbiq edəcəklər. Sülh Korpusunun yeni könüllülər qrupu çərşənbə günü Azərbaycanda and içib. "Azərbaycanda işləyən könüllülər hər zaman Azərbaycan xalqının mehribançılığı və qonaqpərvərliyinə heyran olduqlarını ifadə ediblər", - Azərbaycanda Sülh Korpusunun direktoru Meredit Daulton andiçmə mərasimində deyib.

Korpus nümayəndələri 3 proqram üzrə fəaliyyət göstərəcəklər: İcmanın İqtisadi İnkişafı Proqramı (17 könüllü), Gənclərin İnkişafı Proqramı (14 könüllü), İngilis dilinin Tədrisi Proqramı (33 könüllü).

Korpus nümayəndələri 2003-cü ildən etibarən Azərbaycandadır və bu günədək Azərbaycanda 6 qrupda 261 könüllü işləyib.

Sülh Korpusu 1961-ci ildə ABŞ-ın sabiq Prezidenti Con F.Kennedi tərəfindən təsis edilib. Sülh Korpusunun məqsədi dünyada sülh və əmin-amanlığın qorunmasını möhkəmləndirmək üçün xalqların bir-birini tanıması, bir-birinin mədəniyyətlərini öyrənməsi və inkişaf etməkdə olan ölkələrə mütəxəssislərlə yardım etməkdir. Hazırda Sülh Korpusunun dünyanın 139-dan çox ölkəsində 200 minə yaxın könüllüsü fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti