...

Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gününə həsr edilən tədbirlər keçirilir

Siyasət Materials 9 Dekabr 2009 19:49 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə günündə Azərbaycanın Gürcüstandakı səfiriliyi Gürcüstan ictimaiyyətinin, Gürcüstan və Azərbaycan ziyalılılarının, Gürcüstan hökuməti və parlamenti nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər keçirir.
Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gününə həsr edilən tədbirlər keçirilir

Azərbaycan, Bakı, 09 dekabr / Trend /

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə günündə Azərbaycanın Gürcüstandakı səfiriliyi Gürcüstan ictimaiyyətinin, Gürcüstan və Azərbaycan ziyalılılarının, Gürcüstan hökuməti və parlamenti nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər keçirir. Bu barədə səfirliyin press-relizində deyilir.

Noyabrın sonu, dekabrın əvvəllərində Ş.Rustavelli adına Gürcüstan Dövlət Dram Teatrında "Xilaskar" tamaşasının göstərilməsi çərçivəsində Azərbaycan İrəvan Dövlət Dram Teatrının Gürcüstana səfəri təşkil edilib.

Ümumilli liderin xatirə günündə 10-11 dekabrda Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarında Kvemo-Kartli quberniyasının administrasiyası ilə birgə tədbirlər keçiriləcək. Tədbirlər Gürcüstan hakimiyyətinin nümayəndələri, Azərbaycan icmasının və ziyalılarının iştirakı ilə Heydər Əliyevin büstü önünə çələng qoyulması ilə başlayacaq.

Tədbirlərdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo-Kartli qubernatoru David Kirkitatdze və Gürcüstanın digər rəsmi şəxsləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti