...

Prezident İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin görüşü olub

Siyasət Materials 9 Dekabr 2009 23:31 (UTC +04:00)
Dekabrın 9-da Parisdə Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin görüşü olmuşdur.
Prezident İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin görüşü olub

Dekabrın 9-da Parisdə Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sarayın qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevi sarayın önündə qarşıladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Nikola Sarkozi ilə görüşü oldu. Fransa dövlətinin başçısı adından Azərbaycan Prezidentinin şərəfinə nahar verildi.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Fransa Prezidenti bildirdi ki, Azərbaycan yerləşdiyi regionda ən sabit, sürətlə inkişaf edən və gözəl perspektivləri olan ölkədir. Fransa belə bir dövlətlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

Dövlət başçıları iqtisadi sahədə, energetika və qeyri-neft sektorlarında əməkdaşlıq məsələlərini müzakirə etdilər. Bu sahələrdə əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırdı və münaqişənin həlli ilə əlaqədar aparılan danışıqlar prosesi haqqında məlumat verdi.

Xəbər lenti

Xəbər lenti